Oktyabrın 14-də İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşüb. Bu barədə Trend ə E.Behbudov məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, görüş zamanı insan haqlarının qorunması mövzusu ətrafında müzakirələr aparılıb. "Nazir bildirdi ki, MTN rəhbərliyi təcridxanada saxlanılan şəxslərin hüquqlarına hörmətlə yanaşır. O, təcridxananın Avropa standartlarına uyğun təmirini nümunə gətirdi. Onu da qeyd edim ki, hazırda təcridxanada saxlanılan DİN Baş cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov yağlı boyalarla müxtəlif rəsm əsərləri çəkir. Bu da MTN rəhbərliyinin saxlanılan şəxslərə göstərdiyi diqqətdən irəli gəlir" - deyə E.Behbudov vurğulayıb.