...

Bakıda boks üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Siyasət Materials 16 Oktyabr 2006 11:02 (UTC +04:00)
Bakıda boks üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda İdman Sarayında boks üzrə Dünya Kubokunun təntənəli açılış mərasimi keçirilib.

Trend in xəbər verdiyi kimi, Ümumdünya Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti Ənvər Çoudri təntənəli nitqində qeyd edib ki, Azərbaycanın paytaxtına ən güclü yığmalar gəlib və onların çıxışlarından yalnız azarkeşlər qazanacaq. "İlk dəfədir ki, Dünya Kuboku Bakıda keçirilir və mən çox əminəm ki, bu yarış olduqca yüksək səviyyədə keçəcək və idman həvəskarlarını laqeyd qoymayacaq", - deyə Ə.Çoudri bildirib.

Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, belə irimiqyaslı yarışın Bakıda keçirilməsində Azərbaycan prezidenti İlham Əliyevin böyük xidməti var. "Bizim beynəlxalq arenada dəfələrlə özünü təsdiqləmiş gözəl boksçularımız var. Və şübhəsiz ki, onlar ən gözəl keyfiyyətlərini doğma kütlə qarşısında nümayiş etdirməyə çalışacaq", - deyə nazir sonda bildirib.

Xəbər lenti

Xəbər lenti