...

Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş yanğınlar Vyanada təkrar müzakirə olunacaq

Siyasət Materials 17 Oktyabr 2006 13:56 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş  yanğınlar Vyanada təkrar müzakirə olunacaq

Oktyabrın 31-də Avstriyanın paytaxtı Vyanada BMT, ATƏT, NATO, BMT-nin ətraf mühit üzrə proqramı, Avropa Komissiyası və Ətraf mühit mərkəzinin təklifi ilə Ətraf Mühitin Mühafizəsi və Təhlükəsizlik üzrə təşəbbüs təşkilatının (ENVSEC) ekspert komissiyasının görüşü keçiriləcək. Trend in ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, görüşdə Cənubi Qafqazda ekoloji vəziyyət müzakirə olunacaq.

Görüşü ATƏT-in iqtisadi və ekoloji fəaliyyət məsələləri üzrə əlaqələndiricisi və ENISEC rəhbəri Bernard Snou (Bernard Snoy) açacaq. Daha sonra Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə nümayəndələrin təqdimatları olacaq.

Xatırladaq ki, Bernard Snounun rəhbərliyi ilə ATƏT-in beynəlxalq ekspert qrupu Dağlıq Qarabağa səfər edib. Səfərdə məqsəd yanğınlar nəticəsində regiona dəymiş ekoloji zərəri qiymətləndirməkdən ibarət olub. 10 günlük monitorinqdən sonra missiya bəyan edib ki, yanğınlar böyük ərazini əhatə edib və xeyli ziyan vurub. Ekspert qrupu hesab edir ki, gələcəkdə yanğınların qarşısının alınması və söndürülməsi məqsədilə regional və beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirləri gücləndirmək lazımdır.

Xəbər lenti

Xəbər lenti