...

Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olmuş şikayətlərin araşdırılması davam edir

Siyasət Materials 17 Oktyabr 2006 18:07 (UTC +04:00)

6 oktyabrda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərin araşdırılması davam edir. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Qeyd edək ki, 6 oktyabr seçkiləri ilə bağlı MSK-ya dazil olmuş müraciətlərə komissiyanın iclaslarında baxılıb, 5 şikayət baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib, 6 şikayət təmin edilməyib, qalanlarının isə MSK-da araşdırılması davam etdirilir.

Qeyd edək ki, MSK-nın dairə seçki komissiyalarına göndərdiyi şikayətlərə 3 gün müddətində baxılmalı və qərar çıxarılmalıdır. Vətəndaşlar DSK-nın qərarından narazı qalarsa, təkrar MSK-ya şikayət verə bilər. MSK-dan bildirilib ki, DSK-ların qərarından heç bir şikayət daxil olmayıb.

Araşdırılma vaxtı uzadılmış qalan şikayətlərə isə MSK-nın növbəti iclasında baxılacaq.

Xəbər lenti

Xəbər lenti