...

Beynəlxalq Qüds Günü ilə bağlı Nardaranda mitinq keçirilib

Siyasət Materials 20 Oktyabr 2006 18:55 (UTC +04:00)

Oktyabrın 20-də Beynəlxalq Qüds Günü münasibəti ilə Bakının Nardaran qəsəbəsində mitinq keçirilib. Trend in məlumatına görə, Azərbaycan İslam Partiyasının və Nardaran sakinlərinin birgə təşkilatçılığı ilə keçən aksiyada Qüdsün və Qarabağın işğaldan azad olunması tələbləri səsləndirilib, müsəlmanların işğalçılarla mübarizədə həmrəyliyinə çağırışlar edilib.

Bir saat davam edən aksiyada Qüds və Qarabağla bağlı şüarlar səsləndiriblər. Azərbaycan İslam Partiyasının sədri Hacıağa Nuri və digərləri çıxış edərək Fələtsin xalqının azadlıq uğrunda mübarizəsindən, İsrailin müsəlman xalqlarına qarşı apardığı müharibədən danışıb, Qüdsün işğalı, Livana hücumlar Dağlıq Qarabağın işğalı ilə müqayisə edilib.

Sonda mitinqin qətnaməsi oxunub. Sənəddə İsrail və ABŞ-ın Yaxın Şərq siyasəti pislənilib, Fələtsin xalqının azadlıq uğrunda mübarizəsinə dəstək verildiyi vurğulanır və İsraildən Qüdsü azad etməsi tələb olunur.

Aksiyanın sonunda ABŞ-ın, İngiltərənin, İsrailin və Ermənistanın dövlət bayrqaları yandırılb.

Xəbər lenti

Xəbər lenti