...

Çilidə Sosial İnternasional Beynəlxalq Təşkilatın Konqresi keçiriləcək

Siyasət Materials 27 Oktyabr 2006 12:08 (UTC +04:00)

Noyabrın 6-7-də Çilidə Sosial İnternasional ("Sosintern") Beynəlxalq Təşkilatın Konqresi keçiriləcək. Bu barədə Trend ə adıçəkilən təşkilatın üzvü olan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

A.Əlizadə onu da qeyd edib ki, konqresə dəvət olunsa da, səhhətində yaranmış problemlərlə bağlı iştirak etməyə bilər. ASDP sədri "Sosintern"in baş katibi Luis Ayalanın Azərbaycana planlaşdırdığı səfərinin də reallaşacağını söyləyib. O bildirib ki, Çilidə keçirilən konqresdən sonra bu barədə L.Ayala ilə danışılacaq.

Onu da bildirək ki, L.Ayala Bakıya 2005-ci il parlament seçkilərindən öncə gəlməyi planlaşdırmışdı. Lakin müəyyən səbəblər üzündən səfər baş tutmayıb. 2006-cı ilin mayında keçirilən təkrar parlament seçkiləri öncəsi də "Sosintern"in baş katibi Bakya gəlmək niyyətində olub. A.Əlizadə onu da bildirib ki, L.Ayalanın Bakıda bir sıra dövlət rəsmiləri ilə yanaşı prezidentlə də görüşü planlaşdırılacaq.

Qeyd edək ki, "Sosintern" dünya dövlətlərində fəaliyyət göstərən sosial-demokrat yönümlü partiyaların birliyidir.

Xəbər lenti

Xəbər lenti