...

Türkiyə prezidenti İlham Əliyevi türkdilli ölkələrin sammitinə dəvət edib

Siyasət Materials 27 Oktyabr 2006 19:34 (UTC +04:00)
Türkiyə prezidenti İlham Əliyevi türkdilli ölkələrin sammitinə dəvət edib

Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezər oktyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Trend in xəbər verdiyi kimi, söhbət zamanı Türkiyə prezidenti İlham Əliyevi Milli Müstəqillik Günü və Ramazan bayramı münasibəti ilə təbrik edib.

Ə.N.Sezər həmçinin Azərbaycan prezidenti İlham Əliyevi bu ay Türkiyədə keçiriləcək türkdilli ölkələrin liderlərinin sammitinə dəvət edib.

İlham Əliyev bu dəvəti qəbul edərək qeyd edib ki, adıçəkilən tədbir türkdilli ölkələr arasında dostluğun və əməkdaşlığın daha da güclənməsinə xidmət edəcək.

Azərbaycan prezidenti öz növbəsində türkiyəli həmkarını qarşıdan gələn Respublika Günü münasibəti ilə təbrik edib.

Telefon danışıqları zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti