...

AŞPA həmməruzəçiləri İsa Qəmbərlə görüşüblər

Siyasət Materials 30 Oktyabr 2006 17:36 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Ardres Herkel və Toni Loyd oktyabrın 30-da müxalifətçi Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşüblər. Bu barədə Trend ə İsa Qəmbər məlumat verib.

O bildirib ki, görüşdə insan haqları, demokratiyanın durumu, seçki komissiyalarının formalaşdırılması məsələləri barədə danışılıb: "AŞPA həmməruzəçilərini maraqlandıran məsələlər haqda müzakirələr aparıldı. Demək olar ki, Avropa Şurası ilə Azərbaycan arasında müzakirə predmeti olan bütün məsələlər barədə fikir mübadiləsi aparıldı. Mərkəzi Seçki Komissiyasının formalaşdırılması haqda mövqeyimizi diqqətə çatdırdım. MSK-nın paritet əsaslarla formalaşdırılması zərurətini vurğuladım və bu məsələ ilə bağlı hər hansı fikir ayrılığı olmadı"-deyə İ.Qəmbər qeyd edib.

Xatırladaq ki, AŞPA həmməruzəçiləri oktyabrın 30-da digər siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə də görüş keçiriblər.

Xəbər lenti

Xəbər lenti