İvansyan, Miqranyan və Muradyan kimi erməni tədqiqatçı- alimləri tarixin saxtalaşdırılmasına yol verməmək üçün onu yaxşı öyrənməlidirlər. Bu barədə Gürcüstan Milli Akademiyasının həqiqi üzvü, akademik Vladimir Zaridze Trend ə eksklüziv olaraq məlumat verib.
Bütün bu və ya digər məsələlər oktyabrın 27-də Tbilisidə keçirilmiş "Bütün Gürcüstanın ermənidilli əhalisi: Gürcüstanın vahid dövlətçiliyinin dirçəliş problemləri" konfransında müzakirə edilib. Burada "Bəzi erməni alimləri və Tbilisi əhalisi", "1918-1921-ci illər gürcü-erməni münasibətlərinin tarixindən", "Gürcü torpağında erməni etnik prosesləri", "Gürcüstan və Ermənistan arasında hərbi münaqişələrin tarixi və bu gün", "Cavaxetiyada demoqrafik vəziyyət və onun yaxşılaşdırılması yolları", "Ermənistan və ya Samxeti-Somxeti?" və b. məruzələr dinlənilib.
Konfransda "Ermənistan və ya Samxeti-Somxeti?" məruzəsi ilə çıxış edən V.Zaridze bildirib ki, 1725-ci ilə qədər Rusiya imperiyası tərəfindən dərc olunmuş xəritəyə əsasən bu ərazilər gürcü torpaqları çərçivəsində dəqiq göstərilib. 19 əsrin əvvəlindən burada erməni əhalisi olub və kompakt şəkildə yaşayıb. Qeyd olunub ki, Ermənistan, gürcü dilində isə Samxeti-Somxeti adlanan ərazilər bu xəritədə Taşir- Zorakerdski kimi qeyd olunub. Ermənilərin özü bu əraziləri Vrats Taştan adlandırır (tərcümədə - gürcü tarlası).
V.Zaridze qeyd edib ki, yuxarıda adları çəkilən erməni alimləri "o yerə çatıblar ki, Baqrationi qəbiləsini erməni qəbiləsi adlandırırlar". Bundan başqa, bu bölgənin erməniləri gürcü soyadının "iani" sonluğunu özlərinə aid ediblər və əlavə hərflər, əsasən "ts" əlavə etməyə başlayıb və beləliklə, "yants" olublar.
Akademik Miqranyan, Muradyan və İvansyan kimi "alimlərə" bölgənin tarixi ilə tanış olmağı, yuxarıda göstərilən sözlərin təsdiqini tapması üçün gürcü dilini öyrənməyi məsləhət görüblər.