...

Türkiyədə qar uçqunu baş verib

Dünya xəbərləri Materials 31 Dekabr 2025 15:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunun Zekeriya kəndində qar uçqunu baş verib.

Trend xəbər verir ki, bu barədə Artvin valisi Turan Ergün məlumat verib.

Vali bildirib ki, uçqun nəticəsində ərazidəki çobanların uçqun altında qaldıqları ehtimal edilir və xilasetmə komandaları hadisə yerinə çatmağa çalışır.

O həmçinin qeyd edib ki, bölgədə hava şəraiti əlverişsizdir, lakin Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və digər müvafiq qurumların qrupları çətin şəraitə baxmayaraq xilasetmə əməliyyatları üçün əraziyə çatmağa çalışırlar.

Xəbər lenti

Xəbər lenti