Bakı. Trend:
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen qış transfer pəncərəsi zamanı klubunu tərk edə bilər.
Trend xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Məlumata əsasən, alman qapıçı Türkiyə və İngiltərə klublarından təklif alsa da, Kataloniyanı tərk etmək istəmir və Barselonada yaşamağa üstünlük verir. Bu səbəbdən onun yeganə variantı İspaniya La Liqasında çıxış edən Kataloniyanın digər təmsilçisi "Jirona"da icarə əsasında oynamaqdır.
Qeyd edək ki, ter Ştegen 2014-cü ildən "Barselona"nın şərəfini qoruyur.
