...

Bolqarıstan avrozonaya daxil olub

Dünya xəbərləri Materials 1 Yanvar 2026 03:48 (UTC +04:00)
Bolqarıstan avrozonaya daxil olub

Bakı. Trend:

Yanvarın 1-də Bolqarıstan rəsmi surətdə avrozonaya daxil olub.

Trend-in məlumatına görə, bununla da, vahid valyuta məkanındakı ölkələrin sayı 21-ə yüksəlib. Hazırda Avropa İttifaqına üzv olduğu təqdirdə öz valyutasını istifadə edən cəmi 6 dövlət qalıb. Bunlar Çexiya, İsveç, Rumıniya, Polşa, Macarıstan və Danimarkadır.

Bolqarıstanın milli pul vahidi levdən avroya keçməsi birmənalı qarşılanmır. Gənc nəsil və iş adamları avronu təqdir etsələr də, yaşlı nəsil milli valyutanın saxlanmasının tərəfdarıdır.

Qeyd edək ki, Bolqarıstanın avroya keçməsini Avropa İttifaqı Şurası 2025-ci ilin yayında təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti