Bakı. Trend:
Bolqarıstan prezidenti Rumen Radev xalqa Yeni il müraciətində Ukraynada sülh səylərinə dəstək verməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə Bolqarıstan prezidenti çıxışı zamanı deyib.
"Ötən il dünya üçün dramatik keçdi, müharibələr minlərlə insanın ölümünə səbəb oldu, lakin onların bitməsi üçün ilk ümidlər də ortaya çıxıb. Hesab edirəm ki, ölkəmiz Ukraynada sülhə nail olmaq səylərini birmənalı şəkildə dəstəkləməlidir. Münaqişənin genişlənmə riski hələ də qalır və əgər özümüz bunu edə bilməsək, başqasının maraqlarımızı qorumasını gözləməməliyik", - deyə R.Radev qeyd edib.