...

“Porsche” 173 500 avtomobili geri çağırır

Dünya xəbərləri Materials 31 Dekabr 2025 19:07 (UTC +04:00)
“Porsche” 173 500 avtomobili geri çağırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Alman avtomobil istehsalçısı “Porsche” arxa görüntü kamerasında yaranan problem səbəbindən 173 500 avtomobili geri çağıracaq.

Trend xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.

Bildirilib ki, sözügedən nasazlıq arxa görüntü kamerasının təsvirinin ekranda əks olunmaması ilə bağlıdır. Geri çağırılma 2024–2025-ci il istehsalı olan “Cayenne”, “Cayenne E-Hybrid”, “911”, “Taycan” və “Panamera” modellərinə, həmçinin 2025-ci il buraxılışı olan “Panamera E-Hybrid” modelinə şamil edilir.

NHTSA qeyd edib ki, bu nəqliyyat vasitələri federal təhlükəsizlik standartlarına cavab vermir. Agentliyin məlumatına görə, dilerlər problemli avtomobillərin proqram təminatını pulsuz olaraq yeniləyəcəklər.

Xəbər lenti

Xəbər lenti