...

ABŞ Rusiya Prezidentinin iqamətgahına hücumla bağlı iddiaları araşdıracaq

Dünya xəbərləri Materials 31 Dekabr 2025 02:26 (UTC +04:00)
ABŞ Rusiya Prezidentinin iqamətgahına hücumla bağlı iddiaları araşdıracaq

Bakı. Trend:

ABŞ Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına mümkün hücum cəhdi ilə bağlı iddiaları hərtərəfli təhlil etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Fox Business” telekanalına müsahibəsində bildirib.

Uitaker vurğulayıb ki, Vladimir Putinin iqamətgahına hücumla bağlı mövcud olan bütün kəşfiyyat məlumatları diqqətlə araşdırılacaq.

Eyni zamanda amerikalı diplomat qeyd edib ki, Kiyevin belə bir addımı ehtiyatsızlıq kimi qiymətləndirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti