Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp yeni ildə dünyada sülhün bərqərar olunması üçün səy göstərmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə D.Tramp 31 dekabr axşamı Vest Palm Biç (Florida ştatı) yaxınlığındakı "Mar-a-Laqo" malikanəsində keçirilən qəbulun əvvəlində jurnalistlərə bildirib.
Yeni ildən əvvəl özünə verdiyi hər hansı bir vəd olub-olmadığı soruşulduqda, Vaşinqton administrasiyasının rəhbəri belə cavab verib: "Bəli, var. Yer üzündə sülhün olması".
Tramp ABŞ-nin Ukraynaya qoşun göndərməyə hazır olub-olmadığı və ya MKİ-nin Venesuelaya hücumda rolu ilə bağlı sualları cavablandırmadı. O, sadəcə gülümsəyərək jurnalistlərə "Təşəkkür edirəm" dedi.