...

“Liverpul” “Yuventus”a oyunçu mübadiləsi təklif edə bilər

İdman Materials 31 Dekabr 2025 13:56 (UTC +04:00)
“Liverpul” “Yuventus”a oyunçu mübadiləsi təklif edə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Liverpul” “Yuventus”un cinah oyunçusu Kenan Yıldızla maraqlanır və mümkün transfer çərçivəsində pul və oyunçu təklifini nəzərdən keçirir.

Trend "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, “Qoca Sinyora” hücumçu Federiko Kyezanı yenidən kluba qaytarmağa ümid edir və bu amil Yıldızın “mersisaydılar”a keçidinin bir hissəsi ola bilər.

Bildirilir ki, “Yuventus” ilkin mərhələdə Kyezanı icarə əsasında heyətinə qatmağı planlaşdıra bilər.

Qeyd edək ki, Federiko Kyeza 2020–2024-cü illərdə “Yuventus”da çıxış edib, daha sonra “Liverpul”a transfer olunub. Onun İngiltərə klubu ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 18 milyon avrodur.

Xəbər lenti

Xəbər lenti