...

Təxminən bir milyard Android istifadəçisi təhlükəsizlik riski ilə üz-üzədir

Dünya xəbərləri Materials 31 Dekabr 2025 12:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Təxminən bir milyard "Android" istifadəçisinin təhlükəsizlik və şəxsi məlumatlarını riskə atır.

Trend xəbər verir ki, bu barədə "Android Headlines" nəşri məlumat yayıb.

İxtisaslaşmış media qurumunun jurnalistləri "StatCounter" hesabatını təhlil etdikdən sonra belə qənaətə gəliblər ki, Android smartfon istifadəçilərinin təxminən 30 faizi əməliyyat sisteminin köhnə versiyalarından – "Android 13" və ya daha əvvəlki versiyalardan istifadə etməyə davam edir. Müəlliflərin fikrincə, bu cür cihazlar fırıldaqçılar və haker hücumlarına daha həssasdır.

Məqalədə qeyd olunur ki, hazırda bir sıra smartfon istehsalçıları yeniləmələr və təhlükəsizlik yamaları ilə 5–7 ilə qədər dəstək təmin edə bilirlər. Lakin 2022-ci ildə "Android 13" təqdim olunarkən bu praktika geniş yayılmamışdı və əksər telefonlar cəmi 2–3 il müddətində dəstək alırdı. Bu səbəbdən köhnə əməliyyat sistemlərindən istifadə edən cihaz sahiblərinə telefonlarını yeniləmək tövsiyə olunub.

Jurnalistlər vurğulayıblar ki, "Android 13" və daha köhnə versiyalarda fundamental problem yoxdur. Bununla belə, iki və ya üç il əvvəl buraxılmış əməliyyat sistemi ilə işləyən bəzi modellərin yaxın gələcəkdə yeniləmələri almağı dayandıra biləcəyi də qeyd edilib.

Xəbər lenti

Xəbər lenti