...

ABŞ Kamboca və Tayland arasında sülh müqavilələrinin həyata keçirilməsini dəstəkləməyə hazırdır

Dünya xəbərləri Materials 31 Dekabr 2025 23:39 (UTC +04:00)
ABŞ Kamboca və Tayland arasında sülh müqavilələrinin həyata keçirilməsini dəstəkləməyə hazırdır

Bakı. Trend:

ABŞ administrasiyası Kamboca və Tayland arasında hərbi əməliyyatların dayandırılması barədə razılaşmaların həyata keçirilməsinə kömək etməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəis müavini Tommi Piqotun yazılı açıqlamasında deyilib.

"Biz Taylandın 18 Kamboca əsgərini azad etməsini alqışlayırıq və bunu mehriban qonşuluq münasibətlərinin və etimadın bərpası istiqamətində müsbət addım hesab edirik. ABŞ 26 oktyabrda imzalanmış birgə bəyannamədə razılaşdırılmış əsas tədbirləri həyata keçirməyə davam etdikləri üçün Kamboca və Tayland hökumətlərini dəstəkləməyə hazırdır", - deyə qeyd olunub.

Tommi Piqot vurğulayıb ki, ABŞ Kamboca və Tayland hökumətlərinin 27 dekabr sülh müqavilələrinin həyata keçirilməsinə yönəlmiş qətiyyətli hərəkətlərini alqışlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti