...

Enerji içkilərinin aksiz dərəcəsi artırılıb

Cəmiyyət Materials 1 Yanvar 2026 09:09 (UTC +04:00)
Enerji içkilərinin aksiz dərəcəsi artırılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasında istehsal olunan energetik içkilər üzrə aksiz dərəcələri artırılıb.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, energetik içkilərin hər litrinə 0,2 manat artırılaraq 3,3 manat aksiz dərəcəsi tətbiq ediləcək.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti