Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts 2026-cı ilin həm Almaniya, həm də bütövlükdə Avropa üçün həlledici il ola biləcəyini bildirib
Trend-in məlumatına görə, bu fikirləri kansler hökumət başçısı kimi millətə ilk Yeni il müraciətində səsləndirib.
Onun sözlərinə görə, dünya sürətlə dəyişir və bu dəyişikliklər Avropanın təhlükəsizliyinə və rifahına birbaşa təsir göstərir.
Merts Almaniyanın üzləşdiyi əsas çağırışlar sırasında Ukraynadakı münaqişəni, iqtisadi təzyiqləri, proteksionizmin artmasını və ABŞ ilə münasibətlərin xarakterində baş verən dəyişiklikləri qeyd edib. Kansler vurğulayıb ki, mövcud şəraitdə Avropa öz maraqlarını daha güclü şəkildə müdafiə etməli və təhlükəsizlik sahəsində məsuliyyəti artırmalıdır.
