...

“Dongfeng Motor Corp.” illik 1 milyon NEV istehsalı hədəfinə çatıb

Dünya xəbərləri Materials 31 Dekabr 2025 16:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin “Dongfeng Motor Corp.” şirkəti illik 1 milyon yeni enerji avtomobili (NEV) istehsalı hədəfinə nail olub.

Trend xəbər verir ki, şirkət bu mərhələyə lüks hibrid SUV M-Hero istehsal edən zavodda M817 modelinin 10 mininci avtomobilinin istehsal xəttindən çıxarılması ilə çatdığını açıqlayıb.

Qeyd edək ki, Dongfeng Çinin üç aparıcı dövlət avtomobil istehsalçısından biridir. Şirkətin portfelinə müxtəlif bazar seqmentlərini hədəfləyən Voyah, M-Hero, eπ və Nanobox elektrikli nəqliyyat vasitələri daxildir.

Şirkətin açıqlamasına görə, cari ildə M-Hero elektrik avtomobillərinin satışları təxminən dörd dəfə, Voyah markası üzrə satışlar isə təxminən iki dəfə artıb.

Xəbər lenti

Xəbər lenti