...

İran Mərkəzi Bankına yeni sədr təyin edilib

Dünya xəbərləri Materials 31 Dekabr 2025 19:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Əbdülnasir Hemməti beş illik müddətə İran Mərkəzi Bankının sədri təyin edib.

Trend xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Fərmanda bildirilir ki, təyinat Hemmətinin fədakarlığı, səriştəsi və dəyərli peşəkar təcrübəsi nəzərə alınaraq, İqtisadiyyat və Maliyyə Nazirinin təklifi və Nazirlər Şurasının qərarı əsasında, İran Mərkəzi Bankı haqqında Qanuna uyğun şəkildə verilib.

Prezident vurğulayıb ki, Mərkəzi Bankın yeni sədrinin valyuta bazarının təşkili və idarə olunmasına, bank balanssızlığının aradan qaldırılmasına və likvidliyin nəzarət altına alınmasına xüsusi diqqət yetirməsi gözlənilir. Bu tədbirlər iqtisadi artımı dəstəkləməli, milli valyutanın dəyərini qorumalı və artırmalı, həmçinin sosial ədalətin təmininə xidmət etməlidir.

Məsud Pezeşkian Hemmətinin vəzifələrini uğurla yerinə yetirəcəyinə ümid etdiyini bildirib.

Təyinatdan sonra, 29 dekabrda İran tacirləri rialın qara bazarda ucuzlaşmasına etiraz olaraq aksiya keçiriblər. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, 1 ABŞ dolları 755.000 riala bərabər olsa da, qara bazarda 1,4 milyon riala çatıb ki, bu da milli valyutanın davamlı ucuzlaşmasını göstərir.

Xəbər lenti

Xəbər lenti