...

FIFA ilin ən yaxşı futbolçuları üçün yeni mükafat təsis edib

İdman Materials 31 Dekabr 2025 16:52 (UTC +04:00)
FIFA ilin ən yaxşı futbolçuları üçün yeni mükafat təsis edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

FIFA Dubay İdman Şurası ilə birlikdə ilin ən yaxşı futbolçuları üçün yeni mükafat təsis edib.

Trend-in məlumatına görə, ilk mükafatlandırma mərasimi 2026-cı ildə keçiriləcək.

Qeyd olunur ki, FIFA 1991-ci ildən bəri ən yaxşı futbolçunu mükafatlandırır. 2009-cu ilə qədər qalib müstəqil seçilib, 2010–2015-ci illərdə isə mükafat “France Football” jurnalı ilə birgə təqdim olunub və “FIFA Qızıl Top” kimi tanınıb. 2016-cı ildən bəri iki mükafat təqdim edilir – biri jurnal, digəri isə FIFA tərəfindən.

Son olaraq ilin ən yaxşı futbolçusu Fransanın PSJ klubunun üzvü Usman Dembele seçilib.

Xəbər lenti

Xəbər lenti