...

Suriyada terror aktı törədilib, bir nəfər ölüb

Dünya xəbərləri Materials 1 Yanvar 2026 01:24 (UTC +04:00)

Bakı. Trend:

Suriyanın qərbində, Hələb şəhərinin mərkəzində törədilən terror aktı nəticəsində bir polis əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "SANA" agentliyi xəbər verib.

Məlumata əsasən, partlayış intiharçı terrorçu tərəfindən törədilib. O, şəhərin mərkəzi rayonunda polis patrulunu hədəf alıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb və ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Xəbər lenti

Xəbər lenti