...

“Walt Disney” 10 milyon dollar cərimə ödəyəcək

Dünya xəbərləri Materials 31 Dekabr 2025 20:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Walt Disney” şirkəti “Uşaqların Məxfiliyinin Qorunması Qanunu”nu pozduğu iddialarını həll etmək üçün 10 milyon dollar cərimə ödəməyə razılaşıb.

Trend “New York Post” qəzetinə istinadən xəbər verir ki, "Disney Worldwide Services Inc." və "Disney Entertainment Operations" MMC şirkətlərinin iştirakı ilə aparılan iş üzrə federal məhkəmənin qərarı "Disney" şirkətinin "YouTube" platformasında Uşaqların Onlayn Məxfiliyinin Qorunması Qanununu pozan formada fəaliyyət göstərməsini qadağan edir.

Sərəncama əsasən, "Disney" gələcəkdə "YouTube"un məxfilik tələblərinə düzgün şəkildə riayət olunmasını təmin etmək üçün xüsusi uyğunluq proqramı hazırlamalıdır.

Qeyd edək ki, sözügedən qanun 13 yaşdan kiçik uşaqlara yönəlmiş veb-saytlar, tətbiqlər və digər onlayn xidmətlərin valideynləri topladıqları şəxsi məlumatlar barədə məlumatlandırmasını, həmçinin bu məlumatların toplanması üçün təsdiqlənə bilən valideyn razılığının alınmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti