...

Prezident İlham Əliyev: İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik

Siyasət Materials 1 Yanvar 2026 00:02 (UTC +04:00)
Prezident İlham Əliyev: İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

Valyuta ehtiyatlarımızın tarixi rekord həddə çatdığını, 80 milyard dollardan artıq olduğunu vurğulayan dövlətimizin başçısı xarici borcumuzun daha da aşağı düşdüyünü, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil etdiyini söyləyib. Bildirib ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti