...

Azərbaycan və Gürcüstan XİN başçıları GUAM ərazilərində dondurulmuş münaqişələrin nizamlanmasına dair eyni mövqe nümayiş etdiriblər

Siyasət Materials 31 Oktyabr 2006 18:10 (UTC +04:00)
Azərbaycan və Gürcüstan XİN başçıları GUAM ərazilərində dondurulmuş münaqişələrin nizamlanmasına dair eyni mövqe nümayiş etdiriblər

Elmar Məmmədyarov və Gela Bejuaşvili GUAM ərazilərində dondurulmuş münaqişələrin nizamlanmasına dair eyni mövqe nümayiş etdiriblər. Trend in xəbər verdiyi kimi, bu barədə hər iki nazir gürcüstanlı nazirin Bakıya işcüzar səfəri çərçivəsində keçirilən məsləhətləşmələrin yekununa dair brifinqdə açıqlama verib.

E. Məmmədyarovun sözlərinə görə, işgüzar məsləhətləşmələr zamanı tərəflər ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq üzrə bütün məsələləri müzakirə ediblər. Nazir qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda müsbət tendensiyalar müşahidə olunmaqdadır. Nazir Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Axalkalaki dəmir yolu layihələri çərçivəsində əməkdaşlığı bunun parlaq təsdiqi adlandırıb. "Azərbaycan və Gürcüstanın Moldova və Ukrayna kimi mövqeləri eynidir - GUAM ərazilərində dondurulmuş münaqişələrə son qoymaq. Müvafiq bənd BMT-nin Baş Assambleyasının gündəliyinə salınıb. Assambleya bu məsələyə dekabrın 4-də baxacaq", - deyə nazir söyləyib.

Hər iki ölkənin XİN başçıları həmçinin sərhədlərin delimitasiyası məsələsini müzakirə ediblər. Hökumətlərarası komissiyanın növbəti iclasının noyabrda Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Gürcüstanın XİN başçısı Bakıda keçirilmiş məsləhətləşmələri müsbət qiymətləndirib. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan öz münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində qururlar. O qeyd edib ki, məsləhətləşmələr zamanı Azərbaycan qazının Gürcüstana çatdırılması məsələsi müzakirə edilib. "Bu sahədə qarşılıqlı əməkdaşlıq çox vacibdir və Gürcüstan alternativ qaz tədarükündə maraqlıdır". Gürcüstan və Rusiya arasında vasitəçilik missiyasında Azərbaycanın mümkün rolu ilə bağlı jurnalistlərin suallarını cavablandıran G. Bejuaşvili bildirib: "Bizim Rusiya ilə münasibətlərimizə vasitətəçi lazım deyil. Biz öz gücümüzlə bu problemi həll etməyə çalışırıq". O, həmçinin qeyd edib ki, qonşular kənarda qala bilməzlər və istənilən yardımı edə bilərlər.

Xəbər lenti

Xəbər lenti