...

Nazir: Gürcüstan 5 mlrd. kubmetrə qədər qaz idxal etmək üçün texniki imkanlara malikdir

Siyasət Materials 3 Noyabr 2006 18:13 (UTC +04:00)
Nazir: Gürcüstan 5 mlrd. kubmetrə qədər qaz idxal etmək üçün texniki imkanlara malikdir

Gürcüstan 3-5 mlrd. kubmetrə qədər təbii qaz qəbul etmək üçün texniki imkanlara malikdir. Bu barədə Trend xəbər verir. Bu gün hökümət toplantısından sonrakı birifinqdə Gürcüstanın energetika naziri Nika Gilauri bildirib ki, ən əsası - qiymətdir və tədarükün həcmi də bundan asılıdır. O qeyd edib ki, indi Azərbaycan və İranla qiymət və həcmlər haqqında danışıqlar aparılır.

"Bu proses yaxın gələcəkdə başa çatacaq", - deyə nazir vurğulayıb. Gilauri bildirib ki, birinci mərhələdə Gürcüstan "Şahdəniz" yatağından 300 milyon kubmetr qaz alacaq.

"Bu həcmdə qazın nəqli artıq dekabr ayında başlanacaq", - deyə o bildirib. İran qazına gəlincə isə, Tehranla danışıqların birinci mərhələsi oktyabrın 22-də baş tutub. Gürcüstana 50 meqavatt elektrik enerjisi tədarükü haqqında saziş əldə olunub və bu, yayda barterlə qaytarılacaq.

Xəbər lenti

Xəbər lenti