Azərbaycan prezidenti İlham Əliyev noyabrın 8-10-da Rusiyaya işgüzar səfər edəcək. Trend -ə bu barədə Rusiya prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, səfər RF prezidenti Vladimir Putinin dəvəti ilə həyata keçiriləcək.
Qeyd edək ki, noyabrın 6-8-də Azərbaycan prezidenti Brüsseldə işgüzar səfərdədir.