...

Səməd Seyidov: Azərbaycan AŞPA həmməruzəçilərinin hesabatından obyektivlik gözləyir

Siyasət Materials 8 Noyabr 2006 20:40 (UTC +04:00)
Səməd Seyidov: Azərbaycan AŞPA həmməruzəçilərinin hesabatından obyektivlik gözləyir

Azərbaycan AŞPA həmməruzəçiləri Toni Lloyd və Andres Herkelin hesabatından obyektivlik gözləyir. Trend in xəbər verdiyi kimi, noyabrın 8-də AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov bəyan edib ki, sonuncu səfəri zamanı həmməruzəçilər ölkədə gedən prosesləri müşahidə etmək imkanına malik olub.

"Onlar Azərbaycanın bölgələrinə, həbsxanalara baş çəkib, rəsmi şəxslər və parlament üzvləri ilə görüşüb, Avropa Şurasına təqdim etmək üçün kifayət qədər məlumat toplayıb", - deyə o bildirib.

Bununla bağlı ilkin müzakirələr dekabrın əvvəlində Parisdə aparılacaq. Bundan sonra hesabatın birinci variantı yanvarda AŞ monitorinq komitəsinin üzvləri tərəfindən müzakirə olunacaq və bunun yekunu kimi 2007-ci ilin aprelində məsələ AŞPA-nın yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Səməd Seyidov bildirib ki, AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı bir sıra məsələlərin, o cümlədən Cənubi Qafqazda qadınların vəziyyətinin, müharibədə itkin düşmüş və həlak olmuş şəxslərlə bağlı hesabatın müzakirəsi də mümkündür. "Böyük ehtimal var ki, qış sessiyasında Cənubi Qafqazda sabitlik paktı müzakirə olunacaq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti