...

Andar Şukputov: Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi əvvəlki kimi qalır

Siyasət Materials 8 Noyabr 2006 20:49 (UTC +04:00)

"Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır". Bu barədə noyabrın 8-də jurnalistlərə Qazaxıstanın Bakıdakı səfiri Andar Şukputov KİV-in yaydığı məlumatı şərh edərkən bəyan edib. Həmin məlumata görə, Ermənistan prezidenti Robert Köçəryanın Qazaxıstana rəsmi səfəri zamanı prezident Nursultan Nazarbayev bildirib ki, o, Ermənistanın siyasətini yüksək qiymətləndirir və Qazaxıstan iş adamlarının Dağlıq Qarabağda qiymətli metal hasilatı ilə məşğul olmasının tərəfdarıdır.

Trend in xəbər verdiyi kimi, səfir bildirib ki, bu məlumat KİV-də təhrif edilib.

"Söhbət Qazaxıstan iş adamlarının Ermənistan ərazisində işindən gedib. Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi əvvəlki kimi qalır", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti