...

Azərbaycan və Rusiya prezidentləri energetika sahəsində qarşılıqlı münasibətləri müzakirə edir

Siyasət Materials 9 Noyabr 2006 17:31 (UTC +04:00)
Azərbaycan və Rusiya prezidentləri  energetika sahəsində qarşılıqlı münasibətləri müzakirə edir

Noyabrın 9-da Kremldə RF prezidenti Vladimir Putin və Azərbaycanın dövlət başçısı İlham Əliyev AB ilə qarşılıqlı fəaliyyətdə RF və Azərbaycan arasında energetika sahəsində qarşılıqlı münasibətləri müzakirə ediblər.

Trend RİA "Novosti"-yə istinadən xəbər verir ki, RF-in prezidenti Brüsselə üğürlu səfəri münasibətilə İlham Əliyevi təbrik edib. O əlavə edib ki, səfər çox işğuzar və konkret olub, orada Azərbaycanın Ümumavropa energetika sferasında iştirakı nöqteyi-nəzərindən çox mühüm razılaşmalara nail olunub.

V.Putin qeyd edib ki, bu çox sevindirici haldır, belə ki, Rusiya da bu məsələlərlə bağlı Avropa Birliyi ilə daimi danışıqlar aparır. O xatırladıb ki, tezliklə Finlandiyada növbəti Rusiya-AB sammiti olacaq. Putin deyib ki, onun üçün Avropa tərəfdaşları ilə dialoqun necə keçəcəyi maraqlıdır.

Xəbər lenti

Xəbər lenti