...

Azərbaycan Beynəlxalq Bankı böyük sindikatlaşdırılmış kredit sazişi imzalayıb

Siyasət Materials 10 Noyabr 2006 13:30 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı böyük sindikatlaşdırılmış kredit sazişi imzalayıb

Bu gün Azərbaycan Beynəlxalq Bankı (ABB) Bakıda dünyanın 12 ölkəsinin 26 xarici bankından 1 il müddətinə LIBOR +0,9% faiz dərəcəsi ilə 130 mln. ABŞ dolları məbləğində sindikatlı kredit sazişi imzalayıb. Bu barədə Trend xəbər verir. Vəsaitlər əsasən strateji infrastruktur layihələrinə yönəldiləcək.

Maliyyələşdirmənin təşkilatçıları qismində City Group, JP Morgan, Avstriyanın RZE və Almaniyanın Commers Bankı çıxış edib. Onların hər biri 9 mln. ABŞ dolları ayırıb, qalan hissəni digər 22 bank təqdim edib.

"Əvvəlcə 60 mln. ABŞ dolları məbləğində kreditin verilməsi haqqında danışıqlar aparılırdı, lakin Azərbaycanda bank sektorunun uğurla inkişaf etməsi sindikatın kreditin məbləğinin iki dəfə artırılması haqqında qərar qəbul etməsinə və krediti aşağı faiz dərəcəsi ilə verməyə imkan verib", - deyə cümə günü sazişin imzalanma mərasimində City bankın kredit şöbəsinin başçısı Əhməd Bekte bildirib.

"Biz Azərbaycan iqtisadiyyatının müsbət inkişaf etdiyini, beynəlxalq cəmiyyətə uğurla inteqrasiya etdiyini müşahidə edirik. Azərbaycan Beynəlxalq Bankının səmərəli inkişafı bizə kreditin həcmini artırmağa imkan verdi", - deyə o qeyd edib.

ABB idarə heyətinin sədr müavini Əsgər Məmmədov bildirib ki, inkişafın hazırki mərhələsində bu cür böyük borcların cəlb olunma zərurəti var. ABB bu krediti strateji infrastruktur layihələrinə yönəldəcək.

Hazırda ABB-nin ümumi kredit portfeli 850 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti