...

AB Cənubi Qafqaz ölkələri ilə Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planını qəbul edib

Siyasət Materials 14 Noyabr 2006 16:44 (UTC +04:00)

Avropa Birliyi Cənubi Qafqaz ölkələri ilə Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planını qəbul edib. Bu barədə Trend ə Azərbaycan XİN-in Mətbuat və İnformasiya Siyasət İdarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

O qeyd edib ki, noyabrın 14-də günün I yarısında 3 əməkdaşlıq Şurasının iclası keçirilib: AB-Azərbaycan-Ermənistan-Gürcüstan. Hər bir iclasda Avropa Qonşuluğu çərçivəsində Fəaliyyət Planı qəbul olunub. İclsada Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmməyarov rəhbərlik edir. AB-ni Finlandiyanın xarici işlər naziri (AB-nin prezident ölkəsi) Erkki Tuomioya (Erkki Tuomioja), AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Xavyer Solana (Javier Solana), Avropa Komissiyasının xarici əlaqələr üzrə komissarı Benita Ferero-Valdner (Benita Ferrero-Waldner), Almaniya XİN-in dövlət naziri Günter Qloser (Gunter Gloser), AB-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi (Peter Semneby) və baqaları iştirak edir.

Xatırladaq ki, dünən AB, AK və Finlandiya nümayəndəliyi rəhbərlərinin Azərbaycan, Ermənistan və Gürcüstan XİN başçıları ilə görüşü keçirilib. Bu görüşdə Avropa Komissiyasının xarici əlaqələr üzrə komissarı Benita Ferero-Valdner (Benita Ferrero-Waldner) və AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Xavyer Solana (Javier Solana) da iştirak edib.

Görüşdə Cənubi Qafqaz regionunda sabitlik, əməkdaşlıq və qarşılıqlı münasibətlər mühitinin bərpası ilə bağlı Avropa Birliyinin prioritetləri, o cümlədən AB-nin həmin region dövlətləri ilə görüşdə və münasibətlərin inkişafında məqsədi də təsdiqlənib. Bundan başqa AB-nin bütün mərhələlərdə regional münaqişələrin nizamlanmasına yardım etməyə hazırlığı da öz təsdiqini tapıb.

Xəbər lenti

Xəbər lenti