...

Gəncə Avtomobil Zavodunun əməkdaşları Çində təcrübə mübadiləsində olublar

Siyasət Materials 14 Noyabr 2006 19:20 (UTC +04:00)

Oktyabr ayının 27-dən noyabr ayının 11-nə kimi Gəncə Avtomobil Zavodunun iki əməkdaşı Çin Xalq Respublikasının Çan Qan avtomobil şirkətində olub. Bu barədə məlumatı Trendə zavodun mətbuat xidmətinin rəisi Məqsəd Rəhimov verib.

Onun bildirdiyinə görə, GAZ-ın baş mühəndis müavini Vahid Məmmədov və baş texnoloq Faxrəddin Süleymanov 2 həftə müddətində Çan Qan şirkətinin sexlərində olub, yığım prosesini izləyiblər. Baş mühəndis müavininin sözlərinə görə, bu müddətdə onları maraqlandıran texniki məsələlərlə bağlı sualları Çin mütəxəssisləri cavablandırıb və azərbaycanlı həmkarlarına ətraflı məlumatlar veriblər. GAZ-ın əməkdaşları səfər çərçivəsində Çinin "Lifan" avtomobil kompaniyasında da olublar.

Xəbər lenti

Xəbər lenti