...

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının Ali Sosial Sığorta təşkilatının sədrini qəbul edib

Siyasət Materials 15 Noyabr 2006 16:38 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığı Ali Sosial Sığorta Təşkilatının sədri Süleyman əl-Qumayydı qəbul edib.

Dövlət başçısı ikitərəfli münasibətlərin uğurlu inkişafından razılıq ifadə edib. O, Azərbaycan və Səudiyyə Ərəbistanın bir-birini beynəlxalq təşkilatlarda dəstəklədiyini qeyd edib və gələcəkdə bu əməkdaşlığın möhkəmlənməsinə əmin olduğunu bildirib.

Prezidentlə görüşündə Süleyman əl-Qumayyd bəyan edib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. O, dövlət başçısı ilə ölkə bölgələrinə səfərindən sonra təəssüratlarını bölüşüb.

Xəbər lenti

Xəbər lenti