...

Dövlət naziri: Gürcüstan Rusiya qazının siyasi qiymətini ödəməyəcək

Siyasət Materials 15 Noyabr 2006 18:41 (UTC +04:00)
Dövlət naziri: Gürcüstan Rusiya qazının siyasi qiymətini ödəməyəcək

Gürcüstan başqa ölkələrdən alternativ tədarüklər hesabına Rusiya qazını tamamilə əvəz edə bilər. Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, bu barədə bu gün jurnalistlərə hökümət toplantısının sonunda Gürcüstanın islahatlar üzrə dövlət naziri Kaxa Bendukidze məlumat verib.

"Şirkətimiz artıq qaz tədarükünün qiyməti, həcmi və qrafiki üzrə danışıqların aparılması üçün lazımi səlahiyyətlərə malikdir", - deyə o qeyd edib.

K.Bendukidze vurğulayıb ki, alternativ qaz mənəbələri Azərbaycan və İrandır.

"Gürcüstan Rusiya qazının 1 min kubmetrinə görə 230 ABŞ dolları məbləğində siyasi qiyməti ödəməyəcək", - deyə o qeyd edib.

Gürcüstana ildə 2,5 milyard kubmetr qaz lazımdır. Hazırda Gürcüstanın Cənubi Qafqaz qaz kəməri vasitəsilə ildə 300 milyon kubmetr qaz əldə etmək haqqında razılığı var.

Xəbər lenti

Xəbər lenti