...

Gəncə darvazaları bərpa olunur

Siyasət Materials 18 Noyabr 2006 11:17 (UTC +04:00)

Qədim Gəncə darvazaları şəhərin kirəcəyində qonaqlarının üzünə yenidən açılacaq. Artıq darvazanın layihəsi də hazırdır və 10 gündən sonra tikinti işlərinə başlanılacaq.

Bunu, Gəncə şəhər İçra Hakimiyyətinin başçısı Eldar Əzizov dünən keçirilən şəhər fəallarının yığıncağında bildirib. Qədim Gəncə darvazalarına bənzər yeni qapıların kənarında kiçik qala divarı da inşa olunaraq. Yeni tikili Bakı istiqamətindən Gəncəyə giriş yolunun üzərində yerləşəcək. Gəncənin baş memarı Məmməd İbrahimov qala divarı və darvazanın eskizlərini yığıncaq iştirakçılarına təqdim etdi. O, qalanın hündürlüyünün 10 metirdən çox olacağını bildirib.

Gəncə ŞİH başçısı Eldar Əzizov bildirib ki, gürcülər Gəncənin darvazasını yox, onun altı qapısından birini aparıblar:

"Qədim darvaza qapılarından bir cütü köhnə materiallardan istifadə edilməklə inşa olunacaq. Burada qədimi kərpiclərlə bir qala elementi olaraq divarlar da tikiləcək".

Darvaza həm yeni, həm də o dövürdən bizim vaxta çatan inşaat materiallarından hazırlanacaq. Qala divarı üçün kərpiclər isə Heydər Əliyev Fondunun köməyi ilə Naxçıvandan gətiriləcək.

Xəbər lenti

Xəbər lenti