...

AXCP növbəti piketini noyabrın 23-də keçirəcək

Siyasət Materials 20 Noyabr 2006 14:13 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbəti piketini noyabrın 23-də saat 14.00-da Prezident Aparatının yaxınlığında keçirəcək. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Piketlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət olunub. Etiraz aksiyasına razılıq verilməsə də, partiya fəalları piket keçirməyə cəhd göstərmək niyyətindədirlər.

Qeyd edək ki, AXCP, "Azadlıq" qəzeti və digər qurumlar yerləşdikləri Xaqani küçəsi 33 ünvanındakı binadan çıxarılmalarına etiraz edirlər.

Xəbər lenti

Xəbər lenti