...

Bu gün Gəncə Dövlət Kukla Teatrının 20 illik yubileyi münasibətilə tədbir keçirilib

Siyasət Materials 20 Noyabr 2006 16:37 (UTC +04:00)

Bu gün Gəncənin Heydər Əliyev meydanında Gəncə Dövlət Kukla Teatrının 20 illik yubileyi keçirilib. Trendin Qərb Bürosu xəbər verir ki, yubiley mərasimində şəhər içtimayətinin nümayəndələri, şəhər rəhbərliyi, şəhərin uşaq baxçaları və orta məktəblərinin aşağı sinif şagirdləri iştirak edib.

Yığıncaqda çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Gəncə Dövlət Kukla Teatrının əməkdaşlarını yubleyləri münasibətilə təbrik etdi. Qeyd etdi ki, teatr fəaliyyət göstərdiyi illər ərzində balaca tamaşaçıların rəğbətini qazanıb. Kukla Teatrının əməkdaşları yubleylərində də balacaları unutmadılar. Onlar meydanda bir neçə tamaşa nümayiş etdirdilər.

Teatrın rejissoru Fərmail Paşayevin sözlərinə görə, 20 il bundan əvvəl 1986-cı ilin 20 noyabrında teatr dövlət statusu alıb. Hazırda teatrda 8 aktyor, 2 rejissor və 2 rəssam çalışır. Onlardan biri prezident təqaüdcüsü, biri isə əməkdar artistdir.

Xəbər lenti

Xəbər lenti