...

Yaponiya hökümətinin nümayəndə heyəti Bakıdadır

Siyasət Materials 21 Noyabr 2006 16:37 (UTC +04:00)

Yaponiya höküməti və özəl sektorunun nümayəndə heyəti Bakıdadır. Yaponiyanın Azərbaycandakı səfirliyindən Trend ə verilən xəbərə görə, nümayəndə heyətinə İtochu şirkətinin vitse-prezidenti Ykoto Akira başçılıq edir.

Səfərin məqsədi noyabrın 22-23-də Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın IV toplantısında iştirak etməkdən ibarətdir. Nümayəndə heyətinə Yaponiyanın özəl sektorunun, eləcə də həmin ölkə hökümətinin təxminən 40 nümayəndəsi daxildir.

Xatırladaq ki, Azərbaycan tərəfdən komissiyaya baş nazirin müavini Abid Şərifov başçılıq edir. Komissiyanın əvvəlki iclası 2001-ci ildə keçirilib.

Xəbər lenti

Xəbər lenti