Beynəlxalq Böhran Qrupu Gürcüstandakı erməni və azərbaycanlılardan ibarət milli azlıqların kompakt yaşadıqları ərazilərin vəziyyətini təhlil edib. Bu barədə Beynəlxalq Böhran Qrupundan Trend ə daxil olmuş press-relizdə bildirilib.
Qrupun Qafqaz üzrə Layihə Direktoru Sabina Freyzer hesab edir ki, azərbaycanlılar və ermənilər Gürcüstanın ictimai-siyasi həyatının bütün sahələrində, xüsusilə hökumət strukturlarında nəzərəçarpacaq dərəcədə az təmsil olunurlar. Bu, milli azlıqlar və Tbilisi arasında qarşılıqlı dialoqun olmaması ayrıseçkilik və təcridetmə kimi qəbul edilir. İqtisadi böhran, tənəzzülə uğramış infrastruktur və geniş yayılmış işsizlik bu kəskin situasiyanı daha da dərinləşdirir.
"Milli azlıqların öz problemlərini küçədə deyil, dövlət strukturları vasitəsilə həll edilməsinə ruhlandırmaq və inam yaratmaq üçün rəsmi Tbilisi daha çox iş görməlidir" - deyə Sabina Freyzer bildirib.
Baxmayaraq ki, Gürcüstan hökuməti ölkədə ayrıseçkiliyin olduğunu inkar edir, amma milli azlıqların böyük əksəriyyəti Gürcüstanda ikinci dərəcəli vətəndaş kimi rəftar olunduqlarını iddia edirlər.
Milli azlıqların həyat səviyyəsinin yaxşılaşdırılması üçün dövlət tərəfindən bəzi addımlar atılmasına baxmayaraq inteqrasiya və ölkə həyatında iştirakı artırmaqla bağlı siyasət olmadığından bu, heç bir milli azlığın siyasi motivli narazılığına cavab olmayıb.
Hökumət gürcü dilinin milli azlıqlara ikinci dil kimi tədris edilməsi üçün mükəmməl təhsil sistemi qurmalıdır. Amma milli azlıqların gənc nəsli təhsil aldığı müddətdə ümumilikdə milli azlıqlar xüsusilə dövlət qulluğunda işə götürülərkən ayrıseçkiliyə məruz qalmamalıdırlar. Dövlət həmçinin beynəlxalq öhdəliklərini yerinə yetirməli, xüsusilə milli azlıq nümayəndələrinin çoxluq təşkil etdiyi bələdiyyə ərazilərində dövlət işlərinin aparılması üçün dil kimi həmin milli azlıqların dillərinin istifadəsinə icazə verməlidir.