...

Azərbaycan MDB hökümət başçılarının Şurasında milli maraqlara cavab verməyən bəzi sənədləri imzalamayıb

Siyasət Materials 25 Noyabr 2006 15:10 (UTC +04:00)

Azərbaycan Minskdə MDB hökümət başçılarının Şurasında ölkənin milli maraqlarına cavab verməyən bəzi sənədləri imzalamaqdan imtina edib. Trend xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Məlumatda deyilir ki, toplantı noyabrın 24-də keçirilib və orada baş nazir Artur Rəsizadənin başçılıq etdiyi Azərbaycan hökümətinin nümayəndə heyəti iştirak edib. Toplantıda yenə də MDB-nin daha səmərəli fəaliyyəti üçün təşkilatın inkişafının perspektiv yolları yenidən nəzərdən keçirilib, üzv-ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıq nöqteyi-nəzərindən lazımi tədbirlərin qəbul olunması məsələləri müzakirə edilib. Tərəflər bu sənədlərin Minskdəki sammit zamanı dövlət başçılarının müzakirəsinə verilməsini təqdir edib.

Həmçinin dövlət başçıları şurasının növbəti toplantısının yer və vaxtı müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti