MDB ölkələrinin prezidentləri birlik dövlət başçılarının MDB dövlətləri arasında dövlət sərhədlərinin müqavilə -hüquqi qanuniləşdirilməsi bəyanatı layihəsi üzrə konsensusa gələ bilmədilər. Trend BELTA-ya istinadən məlumat verir ki, bu haqda MDB dövlətlərinin prezidentlərinin Minskdə məhdud tərkibdə keçirilən görüşlərin nəticələrini yekunlaşdıraraq öz fikrini bildirən MDB-nin İcraiyyə Komitəsinin sədri - İcraedici katib Vladimir Ruşaylo məlumat verib.
Onun sözlərinə görə, MDB-nin effektivliyini artırmaq məsələləri üzrə Yüksək səviyyəli qrupun məruzəsi bazasında dövlət başçıları Birliyin təkmilləşdirilməsi və dəyişdirilməsi, onun inkişaf perspektivləri mövzusu üzrə ətraflı fikir mübadiləsi aparıblar. MDB dövlət liderləri üzv dövlətlərin başçılarının qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlığın aktivləşdirilməsi haqqında bəyanatına baxıblar. Vladimir Ruşaylo məlumat verib ki, bu məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.