...

Azərbaycanın hərbi təhsil müəssisələri müdavimlərinin müavinətləri qaldırılıb

Siyasət Materials 29 Noyabr 2006 18:38 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 29-da hərbi təhsil müəssisələri müdavimlərinin müavinətlərinin artırılması haqqında sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.

Sənədə əsasən, müavinətlər noyabrın 1-dən 70 manata qədər qaldırılıb. Müavinətləri H.Əliyev adına Ali hərbi məktəbin, Azərbaycanın Ali hərbi aviasiya məktəbinin, Azərbaycanın ali hərbi-dəniz məktəbinin, Azərbaycan tibb universitetinin hərbi-tibb fakültəsinin, Milli Təhlükəsizlik Nazirliyinin H.Əliyev adına Akademiyasının müdavimləri alacaq.

Bununla yanaşı 35 manat həcmində müavinətlər H.Əliyev adına Hərbi litseyin və C.Naxçıvanski adına Hərbi litseyin müdavimləri üçün təyin olunub.

Xəbər lenti

Xəbər lenti