Qarsın bələdiyyə rəisinin Ermənistanla yaxınlıq əlaqələri qurması Türkiyənin xarici siyasətinə təsir göstərə bilməz. "Trendin" xəbərinə görə, noyabrın 30-da bu barədə jurnalistlərə Azərbaycanda səfərdə olan İqdırın bələdiyyə rəisi Nurəddin Aras məlumat verib.
O bildirib ki, Türkiyə höküməti Qarsın Ermənistanla müxtəlif sahərdə əlaqələr qurmasını pisləyir. "Nə gədər ki, Ermənistan Qarabağı işğal altında saxlayır, Qarabağda türk izlərinin silməsinə çalışır, bizdən torpaq edir, belə olan halda Ermənistana hər hansı ad altında əl uzatmağı mümkünsüz hesab edirik. Qarsın bələdiyyə rəisinin Ermənistanla əlaqələr qurmaq istəyini də o cümlədən mümkünsüz sayırıq".
O, həmçinin Qarsda Ermənistanla qardaşlıq rəmzi olan abidənin ucaldılmasından da təəsüfləndiyini qeyd edib.