...

Nazir: Azərbaycan və Qazaxıstan neftin Bakı-Ceyhan boru kəməri ilə birgə nəqli üçün saziş üzərində işləyir

Siyasət Materials 30 Noyabr 2006 17:34 (UTC +04:00)

Azərbaycan və Qazaxıstan neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə birgə nəqli üçün lazım olan əlavə sazişlər üzərində iş görür. Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə Qazaxıstanın energetika naziri Baktıkoja İzmuxambetov məlumat verib.

"Sənədlər həm gələn il, həm də 2008-ci ildə imzalana bilər", - deyə o bildirib.

Əvvəl Azərbaycan və Qazaxıstan boru kəməri ilə birgə neft nəqli haqqında hökümətlərarası saziş imzalayıb. Hələ nəqliyyat sazişini də hazırlamaq və imzalamaq lazımdır. Qazaxıstanın "Kaşağan" layihəsinin bəzi iştirakçıları sazişə əsasən BTC-yə neft tədarük etməyi öhdələrinə götürüblər.

"Kaşağan" yatağından ilk neft 2008-ci ildən tez getməyəcək. Paralel olaraq biz limanların tikilməsini təklif edirik", - deyə B.İzmuxambetov bildirib.

Nefti Qazaxıstandan Azərbaycana göndərmək üçün Kurık məntəqəsində yeni limanın yaradılması, neft kəmərlərinin çəkilməsi və s. tələb olunur.

Xəbər lenti

Xəbər lenti