...

AMİP lideri Etibar Məmmədov Fransanın Jan Jores Fondunun vitse-prezidenti ilə görüşüb

Siyasət Materials 30 Noyabr 2006 19:39 (UTC +04:00)

Noyabrın 30-da Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Fransada fəaliyyət göstərən Jan Jores Fondunun vitse-prezidenti Mişel Thauvinlə görüşüb. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.

Görüşdə Azərbaycanda və Qafqazda gedən iqtisadi-siyasi proseslər barədə fikir mübadiləsi aparılıb. Ölkəmizə ilk dəfə gəldiyini deyən fransalı qonaq təmsil etdiyi Fondun bir sıra layihələr həyata keçirəcəyini deyib. Qonaq Azərbaycanla Fransa arasında əlaqələrə də toxunub, bu əlaqələrin daha da möhkəmlənməsində maraqlı olduqlarını bildirib.

AMİP lideri Azərbaycanda demokratik və hüquqi dövlətin qurulması üçün Avropa təcrübəsindən bəhrələnməyin faydalı olduğunu deyib. E.Məmmədov onu da deyib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Fransanın ədalətli mövqeyi əsaslı təsir göstərə bilər.

Xatıladaq ki E.Məmmədov 2004-cü ilin sonunadək müxalifəti təmsil edən Milli İstiqlal Partiyasının sədri olub. O, 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd kimi iştirak edib.

Xəbər lenti

Xəbər lenti