...

Nazir müavini: Azərbaycan-Avstriya biznes-forumu ölkələr arasında işgüzar əlaqələrin inkişafına müsbət təsir göstərir

Siyasət Materials 4 Dekabr 2006 15:39 (UTC +04:00)
Nazir müavini: Azərbaycan-Avstriya biznes-forumu ölkələr arasında işgüzar əlaqələrin inkişafına müsbət təsir göstərir

Bu gün Bakıda növbəti Azərbaycan-Avstriya biznes-forumu keçirildi. Bu barədə Trend xəbər verir. Azərbaycanda sərmayə iqlimi və Azərbaycan sahibkarları ilə gələcək əməkdaşlığın qaydaya salınması imkanları ilə tanış olmaq üçün dekabrın 4-5-də Avstriyanın Rusiyadakı diplomatik nümayəndəliyinin müşaviri Yohann Kauzlun başçılıq etdiyi nümayəndə heyəti Bakıda olacaq.

Açılış mərasimində Azərbaycanın iqtisadi inkişaf naziri Niyazi Səfərov qonaqları ölkənin investisiya imkanları ilə tanış edib və makroiqtisadi vəziyyət haqqında məlumat verib.

Onun sözlərinə görə, ÜDM və investisiya qoyuluşlarının artmasına görə Azərbaycan dünyada aparıcı mövqelərdən birini tutur. Hökümətin gələcək planlarına qeyri-neft sektorunun dünya iqtisadiyyatına inteqrasiyası daxildir, lakin Azərbaycanda da xarici sərmayələr üçün hər cür şərait yaradılıb. Bunun üçün Azərbaycan investisiya şirkəti yaradılıb. O, investisiyaların qorunması və onların ölkəyə cəlb olunması üçün fəaliyyət göstərəcək.

Hər iki tərəf etiraf edir ki, Azərbaycan və Avstriya arasında əmtəə dövriyyəsi hazırda real vəziyyəti əks etdirmir. 2005-ci ilin yekunlarına görə, o 25 mln. ABŞ dolları təşkil edib. Bu zaman ixrac əməliyyatları 1,6 mln. ABŞ dolları, idxal əməliyyatları isə - 23,3 mln. ABŞ dolları təşkil edib.

Y.Kauzl biznes-forumun nəticələrinə görə, həm xarici ticarət əməliyyatlarının, həm də investisiya qoyuluşlarının artacağına ümid etdiyini bildirib.

Nazir müavininin sözlərinə görə, Azərbaycan sahibkarları Avstriyanın iş adamları ilə işləməyə hazırdırlar. O ümidvar olduğunu bildirib ki, bu tədbir ölkələr arasında işgüzar münasibətlərin inkişafına müsbət təsir göstərəcək.

Biznes-forumun işində 100-dən çox azərbaycanlı sahibkar və 19 Avstriya şirkəti iştirak edir. Şirkətlər idman geyimindən (Puma) ağır və kimya sənayesinə qədər müxtəlif sahələri təmsil edir.

Nümayəndə heyətinə mühafizə sistemi sahəsində təmsil olunan Siemens şirkətinin Avstriya şöbəsinin nümayəndələri daxildir.

Xəbər lenti

Xəbər lenti